Rəhman Rəhmanov
Aktyor
Doğum tarixi:
29 aprel 1957
Rəhman Tofiq oğlu Rəhmanov Bakıda anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-maarif fakültəsində təhsil alıb (1978-1983).
14 yaşından səhnəyə qədəm qoyub. 1973-cü ildə Akademik Milli Dram Teatrının yardımçı heyətinə qəbul olunub. 1974-cü ildən isə Azərbaycan Dövlət Kukla Teatrının aktyorudur.
“Qızıl dərviş” mükafatı laureatı (2006), Əməkdar artistdir (2014).