Ramil Qasımov

Musiqi ifaçısı Aktyor

Doğum tarixi:

10 dekabr 1984


Ramil Adıgözəl oğlu Qasımov Bakıda anadan olub.

Dövlət  Uşaq  Filarmoniyasının vokal şöbəsində (1995-1997, Mobil Əhmədovun sinfi), Niyazi adına 22 saylı musiqi məktəbinin xor-dirijor sinfində (1995-2001), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqişünaslıq, solo oxumaq ixtisası üzrə kamera və opera müğənnisi ixtisasında (2001-2005), Gürcüstan Musiqi Akademiyasının vokal ixtisası üzrə magistr pilləsində, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə ixtisasında təhsil alıb.

Azərbaycan Dövlət Musiqili Komediya Teatrında solist (1999), quruluş hissə müdiri (2008-2010), Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin direktoru (2012), Mədəniyyət kanalının direktoru (2015-2020), Heydər Əliyev Sarayının direktoru (2020-2022) kimi çalışıb.

2023-cü ildən Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktorudur.

Əməkdar artistdir (2015).