Ramiz Əsgərov

Rejissor Ssenari müəllifi

Doğum tarixi:

09 fevral 1937

Vəfat tarixi:

27 iyul 1967


Ramiz Paşa oğlu Əsgərov Bakıda anadan olub.

Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb (1957-1965, Mixail Rommun emalatxanası).

1955-ci ildə kinostudiyada assistent kimi işləməyə başlayıb. “Yurka” adlı qısametrajlı filmin rejissoru və ssenari müəllifi olub (1961, Antonis-Yanis Voyazos, Andrey Smirnov, Boris Yaşin ilə birlikdə, VGİK / Rusiya).

Ramiz Əsgərov 1967-ci ildə “Mən ki, gözəl deyildim” filminin çəkilişi zamanı həlak olub.