Ramiz Heydər
Doğum tarixi:
14 avqust 1933
Vəfat tarixi:
07 dekabr 2010
Ramiz Heydər (Ramiz Məmmədov) Bakıda anadan olub.
Moskva Ədəbiyyat İnstitutunda təhsil alıb (1957).
Dövlət Teleradio Komitəsinin ədəbi-dram verilişləri şöbəsinin redaktoru olub. Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun elmi işçisi, Sənətşünaslıq namizədi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti olub. Azərbaycan kinosunun müxtəlif problemləri mövzusunda elmi əsərlərin müəllifidir. 16 yaşında "Pioner" jurnalında ilk şeri dərc edilib. 40-a yaxın şeir və poemalar kitabının müəllifidir. Onun 30-a yaxın dram əsəri Bakı, Ağdam, Naxçıvan və Sumqayıt teatrlarında, həmçinin Moskvada səhnəyə qoyulub, şeirlərinə 500-dək mahnı bəstələnib.
Əməkdar incəsənət xadimi Ramiz Heydər 2010-cu ildə vəfat edib.