Rəsmi Cəbrayılov

Aktyor

Doğum tarixi:

08 dekabr 1932

Vəfat tarixi:

22 yanvar 2022


Rəsmi Xalid oğlu Cəbrayılov (Ramzes Cəbrayılov) Dağıstanın Qasımkənd rayonunda anadan olub.

Rusiya Teatr Sənətləri Universitetində (GİTİS) aktyorluq (1955) və rejissorluq (1961) təhsili alıb.

Dərbənd Ləzgi Musiqili Dram Teatrında aktyor (1955-1956), “Tacikfilm” studiyasında ikinci rejissor (1961-1962), Mahaçqala Dağıstan Rus Dram Teatrında rejissor (1962-1963), Tulski Dram Teatrında rejissor (1963-1964), Taqanka Teatrında aktyor (1964-1993) olub. 2002-ci ildən V.Mayakovski adına Moskva Akademik Teatrında çalışıb.

Rusiyanın Əməkdar artisti (1987) Rəsmi Cəbrayılov 2022-ci ildə Moskvada vəfat edib, Moskvanın Troyekurov qəbiristanlığında dəfn olunub.