Rimma Məmmədova
Doğum tarixi:
29 iyun 1942
Rimma Şahbaba qızı Məmmədova Rusiyanın Saratov şəhərində anadan olub.
Bakı Xoreoqrafiya Məktəbində (1961), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsində (1962-1967), Leninqrad Dövlət Teatr, Musiqi, Kino İnstitutunda aspiranturada (1972-1974) təhsil alıb.
Azərbaycan Opera və Balet Teatrının balet artisti kimi fəaliyyət göstərib (1960-1967). Əminə Dilbazinin “Sevinc” rəqs kollektivində solist kimi çıxış edib (1967-1968). Azərbaycan Dövlət İncəsənət İnustutunun müəllimi (1967-1987), Bakı Xoreoqrafiya Məktəbinin direktoru (1978-1996) kimi çalışıb. 1996-cı ildən isə xoreoqrafiya müəllim kimi fəaliyyət göstərir. 2000-ci ildən Bakı Musiqi Akademiyasında “Səhnə hərəkətlərinin əsasları” və “Rəqs” fənni üzrə dərs deyir. Dosent (2012), Əməkdar incəsənət xadimidir (2007).