Roman Karmen
Rejissor
Aktyor
Operator
Doğum tarixi:
29 noyabr 1906
Vəfat tarixi:
28 aprel 1978
Roman Lazareviç Karmen Odessada anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Operatorluq ixtisasında təhsil alıb (1932).
İspaniyada milli-inqilabi müharibə (1936-1939) dövründə operator B.Makaseyevlə birgə sənədli kinoxronikalar çəkib. Böyük Vətən Müharibəsi illərində cəbhə kino qruplarına başçılıq edib.
Azərbaycanın Əməkdar incəsənət xadimi (1959), SSRİ Dövlət Mükafatları laureatı (1942, 1947, 1952, 1975), SSRİ Xalq artisti (1966), Sosialist Əməyi Qəhrəmanı (1976) Roman Karmen 1978-ci ildə Moskvada vəfat edib.