Rövşən Ağayev (II)
Doğum tarixi:
19 mart 1949
Vəfat tarixi:
09 mart 2015
Rövşən Azər oğlu Ağayev Gəncədə anadan olub.
Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Energetika mühəndisi ixtisasında təhsil alıb (1973).
İnstitutda şəxsi təşəbbüsü ilə kino şöbəsi yaradıb və avadanlıqlarla təmin edib. Təhsillə yanaşı qısa metrajlı filmlər də çəkməyə başlayıb. “Azərbaycanfilm” kinostudiyasının bir illik ssenaristlər kursunu bitirib (1980-1981). Pyesləri Gəncə Dövlət Dram Teatrında, Qazax Dövlət Teatrında, İrəvan Dövlət Azərbaycan Teatrında, Azərbaycan Dövlət Rus Dram Teatrında, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət “Yuğ” Teatrında tamaşaya qoyulub. SSRİ Mədəniyyət Nazirliyinin qərarı ilə SSRİ üzrə 1984-cü ilin ən yaxşı dramaturqu adını alıb. “Dayaq nöqtəsi” tamaşası Azərbaycan Mədəniyyət Nazirliyinin mükafatına layiq görülüb (1985). Kino və teatrla yanaşı musiqi fəaliyyəti də olub. Həm akustik gitarada ifa etdiyi, həm də aranjeman olunmuş müəllif mahnıları var.
Rövşən Ağayev 2015-ci ildə vəfat edib.
Dramaturq, ssenarist Rövşən Ağayev aktrisa Güşvər Şərifovanın həyat yoldaşı olub.
Dramaturq, ssenarist Rövşən Ağayev aktyor Asiman Ağa Rövşənin atasıdır.