Roza Tağıyeva
Aktrisa
Filmi səsləndirən
Yaradıcı heyətin üzvü
Doğum tarixi:
20 yanvar 1942
Roza Murtuza qızı Tağıyeva Ağcabədidə anadan olub.
Azərbaycan Dillər İnstitutunun Rus dili fakültəsində təhsil alıb (1959-1964).
1962-ci ildə Azərbaycan Dövlət Teleradio Şirkəti tərəfindən keçirilən diktor müsabiqəsində uğur qazanıb. Üçüncü kursdan diktor kimi Dövlət Televiziya və Radio Komitəsində işə qəbul olunub. Həmin vaxtdan Azərbaycan televiziyası və radiosu ilə əməkdaşlıq edir.
Əməkdar artist (1981), Xalq artistidir (1991). 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub (2025).
Diktor Roza Tağıyeva diktor Rafiq Hüseynlinin həyat yoldaşı olub.