Rüfət Əsədov

Rejissor

Doğum tarixi:

30 avqust 1960


Rüfət Nadir oğlu Əsədov Naxçıvanda anadan olub.

Leninqrad Texnoloji Universitetində, Leninqrad Rəssamlıq Akademiyasında, “Lenfilm”in nəzdindəki Kino Məktəbində  (Aleksandr Sokurovun kursu) təhsil alıb. Amerikalı prodüser Oleq Harrincarın “Sənədli filmlərin istehsalı” kurslarınının dinləyicisi olub (1999).

ABŞ-da “Promatheus Production” kinostudiyasında staj keçib (2000). Bir müddət “Lenfilm”də müxtəlif vəzifələrdə çalışıb. Bakıya qayıdandan sonra “Yeni Film” yaradıcılıq birliyində, Azərbaycan televiziyasında (1994-1996) çalışıb.

Xarici film istehsalçılarının “Mrakovka” (1993, rejissor V.Burbano / Ekvador) filminin ikinci rejissoru və aktyoru, “Ağrı” (2000, rejissor Oleq Harrincar / ABŞ) filminin icraçı prodüseri olub.

“Humay” və “Qızıl çıraq” Milli kino mükafatlarına, beynəlxalq festivalların mükafatlarına layiq görülüb.