Rüfət Mehdiyev

Aktyor Musiqi ifaçısı

Doğum tarixi:

07 iyul 1969

Vəfat tarixi:

01 fevral 2011


Rüfət Sabir oğlu Mehdiyev Bakıda anadan olub.

26 Bakı Komissarı adına Mədəniyyət Sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992).

1989-cu ildən musiqi ilə məşğul olub, 1992-ci ildən müğənnilik edib.

Rüfət Mehdiyev 2011-ci ildə beyinə qan sızması nəticəsində vəfat edib, Nizami rayon qəbiristanlığında dəfn edilib.