Rüfət Şabanov
Doğum tarixi:
22 iyun 1922
Vəfat tarixi:
04 avqust 1998
Rüfət İsmayıl oğlu Şabanov Bakıda anadan olub.
Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino rejissorluğu fakültəsində təhsil alıb (1945-1952).
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Rus Dram Teatrında (1942) başlayıb, sonra Bakı kinostudiyasında (1944) çalışıb. Rus Dram Teatrında truppa müdiri, rejissor (1951-1957), “Azərbaycanfilm” kinostudiyasında rejissor (1957-1967), Azərbaycan televiziyasında kino çəkilişləri redaksiyasının baş rejissoru (1967-1981) kimi çalışıb. “Ekran” və “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin təşkilatçılarından biri və baş rejissoru olub.
Əməkdar incəsənət xadimi (1992) Rüfət Şabanov 1998-ci ildə vəfat edib.
Rejissor Rüfət Şabanov aktrisa Elmira Şabanovanın həyat yoldaşı olub.
Rejissor Rüfət Şabanov rejissor Fuad Şabanovun və Leyla Vəzirzadənin atasıdır.