Rüzgar Əhmədzadə
Doğum tarixi:
14 avqust 2002
Rüzgar Müşfiq qızı Əhmədzadə Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyasında Musiqişünaslıq ixtisası üzrə, Londonda Point Blank Music Schoolda musiqi prodüserliyi və səs mühəndisliyi ixtisası üzrə təhsil alıb. Bəstəkar, professor Aydın Əzimovdan bəstəkarlıq dərsləri keçib.
15 yaşında ilk əsəri “Laylay”ı (op.1) bəstələyib. Bəstələrinə müxtəlif alətlər üçün pyeslər, tenor və bariton üçün romanslar, soprano və violin üçün pyes, türkülər, qarışıq xor və simli kvartet üçün “Rənglər”, simli kvartet və nəfəsli kvintet, fortepiano üçün “5 Prelüd”, variasiyalar olan “Çeşidlər”, “Sonatina” və “İthaf”, qarışıq orkestr tərkibi üçün isə 3 hissəli “Sinfonietta” daxildir. “Qarabağ FK”u üçün rəsmi himn və “Qələbə bizi səslər” adlı mahnı bəstələyib. Müxtəlif ölkələrdə əsərləri səsləndirilib.