Sabir Əhmədli

Ssenari müəllifi

Doğum tarixi:

10 iyul 1930

Vəfat tarixi:

17 aprel 2009


Sabir Məmməd oğlu Əhmədli (Sabir Əhmədov) Cəbrayılda anadan olub.

Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1946-1951).

Cəbrayıl rayon mərkəzində müəllim (1951-1954), Şükürbəyli kəndində orta məktəbin direktoru (1955-1956), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) kimi fəaliyyət göstərib.

Ədəbi fəaliyyətə 1951-ci ildən “Pioner” jurnalında çap olunan “Poçtalyon” hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. Çoxsaylı roman və povestlərin müəllifidir.

Əməkdar incəsənət xadimi (1984), Xalq yazıçısı (1992) Sabir Əhmədli 2009-cu ildə vəfat edib.