Salam Məmmədəliyev
Doğum tarixi:
05 mart 1981
Salam Vamiq oğlu Məmmədəliyev Bakıda anadan olub.
Azərbaycan Dövət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb (1998-2002).
Tələbə ikən “O olmasın, bu olsun” tamaşasında qoçu Əsgər, “Kuraj ana”da keşiş və gənc vəkil obrazlarında iştirak edib. Azərbaycan televiziyasında “Tələbə klubu” verilişində rejissor assistenti (1998-2000), Lider TV-də “Bumeranq şou”, “Jazz time” verilişlərində rejissor assistenti ve rejissor olaraq çalışıb (2000-2002). 2005-ci ildən İctimai televiziyada rejissor kimi çalışır. Bir çox musiqili-əyləncəli verilişlərə quruluş verib. Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunun quruluşçu rejissoru olub.
Rejissor Salam Məmmədəliyev tarzən Vamiq Məmmədəliyevin oğludur.
Rejissor Salam Məmmədəliyev rejissor, prodüser İqbal Məmmədəliyevin və işıqçı Qurban Məmmədəliyevin qardaşıdır.