Salman Qəmbərov

Bəstəkar Musiqi ifaçısı

Doğum tarixi:

18 aprel 1959


Salman Hüseyn oğlu Qəmbərov Bakıda anadan olub.

Bülbül adına Orta İxtisas Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasının musiqişünaslıq və bəstəkarlıq ixtisaslarında (1978-1983, 1986-1990) təhsil alıb.

“Bakustic Jazz” musiqi qrupunu təsis edib (1996). Bir çox beynəlxalq caz festivallarında iştirak edərək mükafatlara layiq görülüb. Simfoniya (1990); Simli kvartet üçün dilogiya (1991); Skripka və piano üçün “Buta” instrumental fantaziyası (1992); Səs, nağara və piano üçün “Şərq ya Qərb” süitası (2000); Teatr tamaşalarına musiqi: “Ailəvi week-end” (1993), “Otello” (1998); “Lətif” səssiz bədii filminə musiqi (2001) əsərlərindən bəziləridir. Əməkdar artist (2006), Xalq artistidir (2018).

Bəstəkar Salman Qəmbərov rejissor Teymur Qəmbərovun atasıdır.