Səmayə Sadıqova

Aktrisa

Doğum tarixi:

15 aprel 1954


Səmayə Seyfulla qızı Sadıqova Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb (1977).

Təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmağa başlayıb (1977-1995). İlk rolu “Adamın adamı” (Anar) tamaşasında Süsən Sünbül rolu olub. 1995-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb. Müəyyən səbəblər üzündən 3 il sənətdən uzaqlaşıb. 2001-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır.

“Oğul” tamaşasındakı ana roluna görə “Qızıl Dərviş” mükafatına layiq görülüb (2004). Əməkdar artistdir (2000).