Samir Fərzəlibəyov

Vizual effekt mütəxəssisi Qrafika Rejissor

Doğum tarixi:

05 mart 1981


Samir Mərahim oğlu Fərzəlibəyov (Mako) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Uniersitetində təhsil alıb.

Bir çox musiqi klipinin çəkilişində rejissor kimi iştirak edib. Vizual effekt mütəxəssisi olaraq Rusiyada (2020) və Ukraynada (2021-2022) çalışıb. Hazırda Yeni Zelandiyada Wētā FX şirkətində işıq üzrə texniki direktor (vizual effekt mütəxəssisi) kimi fəaliyyət göstərir.

Vizual effekt mütəxəssisi Samir Fərzəlibəyov rejissor Mərahim Fərzəlibəyovun oğludur.