Sərdar Fərəcov

Bəstəkar Bəstəsindən istifadə olunub Ssenari müəllifi

Doğum tarixi:

08 dekabr 1957


Sərdar Fərəculla oğlu Fərəcov (Sərdar Fərəc) Bakıda anadan olub.

Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb (1984, Xəyyam Mirzəzadənin sinfi).

Əsərləri arasında operetta, opera, rok-opera, musiqili komediya, teatr tamaşalarına musiqilər, skripka və piano üçün pyeslər, oratoriya, simfonik süitalar, instrumental əsərlər, oda var.

Hazırda Bəstəkarlar İttifaqının katibi, Üzeyir Hacıbəyovun ev muzeyinin direktorudur.

Əməkdar incəsənət xadimi (2007), Xalq artistidir (2019).