Səyavuş Aslan

Aktyor Filmi səsləndirən Musiqi ifaçısı

Doğum tarixi:

05 sentyabr 1935

Vəfat tarixi:

27 iyun 2013


Səyavuş Məmmədağa oğlu Aslan (Səyavuş Aslanov / Siyavuş Aslanov) Bakının Saray kəndində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu ixtisasında təhsil alıb (1963-1969).

Aktyorluğa dram dərnəklərində (1947-1953), əmək fəaliyyətinə Azərbaycan Dövlət Estrada Birliyində (1957-1958) başlayıb. Quba Dövlət Dram Teatrının (1958–1959), Azərbaycan Dövlət Musiqili Komediya Teatrının (1959-1984), Azərbaycan Akademik Milli Dram Teatrının (1984–1994) aktyoru olub. Bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilib (1994-1996). 1996-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdıb və ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayıb.

Xarici film istehsalçılarının “İlin dörd fəsli” (1976, rejissor Hacı Əhmər / Özbəkistan) filmində, “Səhnədə Lürixdir” (1983, rejissor Valentin Kuyk / Estoniya) filmində Mustafanı müşaiyət edən rolunda çəkilib.

“Şöhrət” (1995) və “Şərəf” (2013) ordenləri ilə təltif edilib. Əməkdar artist (1974), Xalq artisti (1982) Səyavuş Aslan 2013-cü ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.

Aktyor Səyavuş Aslan aktrisa Ofeliya Aslanın həyat yoldaşı olub.