Səyavuş Şəfiyev

Aktyor

Doğum tarixi:

01 sentyabr 1937

Vəfat tarixi:

24 noyabr 2001


Səyavuş Məhəmməd oğlu Şəfiyev Beyləqan rayonunda anadan olub.

Moskva Dövlət Sirk Sənəti Məktəbində, Azərbaycan Dövlət Teatr İnstitutunun Rejissorluq fakültəsində təhsil alıb.

Orta məktəbdə oxuyarkən dram dərnəyinə gedib, boks üzrə müxtəlif yarışların qalibi olub. Sirk məktəbini qurtardıqdan sonra “Soyuzsirk”ə göndərilib. 1972-ci ildə Bakıya dəvət olunub, yeri yaranmış Bakı Dövlət Sirkinin bədii rəhbəri işləyib. Sonra ailəsi ilə birlikdə Moskvaya köçüb. Orada “Sirk səhnədə” Moskva Birliyinin baş rejissoru işləyib. Rejissoru olduğu sirkin kollektivi ilə dünyanın əksər ölkələrini gəzib.

Rusiya istehsalı olan “Narahat adam” (1985, rejissor Əjdər İbrahimov) filmində Bakılı oğlan rolunda çəkilib.

Fransada qastrol zamanı sağ əli iflic vəziyyətdə qalıb və danışmaq qabiliyyətini itirib. 9 il bu vəziyyətdə yaşayıb.

Əməkdar artist (1979) Səyavuş Şəfiyev 2001-ci ildə Moskvada vəfat edib. Bakıda Yasamal qəbiristanlığında dəfn olunub.