Seyidağa Mövsümlü
Doğum tarixi:
01 avqust 1954
Vəfat tarixi:
25 iyun 2018
Seyidağa Fəyyaz oğlu Mövsümlü (Seyidağa Mövsümov) Ucarda anadan olub.
Moskvada Ümumittifaq Teleradio İnstitutunda təhsil alıb (1981).
Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb, operator kimi davam edib. 1988-ci ildən başlayan xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlardandır. O, 1988-ci ildən başlayaraq Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrdə olub. Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda işğalçılara qarşı aparılan əməliyyatlarda döyüşüb, iki dəfə yaralanıb. 1992-ci ildən Müdafiə Nazirliyinin mətbuat mərkəzində operator kimi işləyib. 2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə qayıdıb.
Seyidağa Mövsümlü 2018-ci ildə vəfat edib.