Şəbnəm Xeyrulla

Ssenari müəllifi Filmi səsləndirən

Doğum tarixi:

04 noyabr 1987


Şəbnəm Ceyhun qızı Xeyrulla (Şəbnəm Türbəndəzadə) Bakıda anadan olub.

Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya ixtisasında (2005-2009 bakalavr / 2009-2011 magistr) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu ixtisasında (2023-2027) təhsil alıb.

ANS TV-də (2008, 2012-2016), “Fatiyev Company”də (2011), “Gündəlik Bakı” qəzetində (2011-2012), Space TV-də (2012), Trend agentliyində (2016), Lider TV-də (2017), Xəzər TV-də (2017-2020), Real TV-də (2020-2022) çalışıb. Televiziyalarda layihə müəllifi, rəhbəri və aparıcı kimi iştirak edib. Müxtəlif yaradıcılıq müsabiqələrində qalib olub. 2022-ci ildən İctimai televiziyanın əməkdaşıdır.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu