Şəfiqə Axundova

Bəstəsindən istifadə olunub Məsləhətçi

Doğum tarixi:

21 yanvar 1924

Vəfat tarixi:

26 iyul 2013


Şəfiqə Qulam qızı Axundova Şəkidə anadan olub.

Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində (1943-1944), Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq (1956, B.Zeydmanın sinfi) ixtisası üzrə təhsil alıb. Musiqi məktəbində Üzeyir Hacıbəyovdan dərs alıb.

1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub. Müxtəlif mahnaların, “Ev bizim, sirr bizim” operettasının (1965), simli kvartet üçün pyeslərin, teatr üçün tamaşaların, uşaq tamaşalarının musiqi müəllifidir.

Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1998), “Şöhrət” ordeni laureatı (2005) Şəfiqə Axundova 2013-cü ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.