Şəfiqə Qasımova
Doğum tarixi:
05 dekabr 1924
Vəfat tarixi:
03 aprel 2008
Şəfiqə Qasım qızı Qasımova Bakıda anadan olub.
Kiçik yaşlarında valideynlərini itirib, nənəsi tərəfindən böyüdülüb. 14 yaşında Musiqili Komediya Teatrının xorunda çalışmağa başlayıb (1939-1940). Üzeyir Hacıbəyov onu Filarmoniyanın xor kapellasına dəvət edib (1940-1942). İkinci Dünya müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olunub və 1951-ci ildə Akademik Milli Opera Teatrının xor truppasına dəvət edilib. 1956-cı ildən yenidən Musiqili Komediya Teatrında işləməyə başlayıb, teatrın yenidən açılışının ilk tamaşası "Durna" operettasında baş rolu ifa edib. 1986-cı ilə qədər burada çalışıb. 1994-cü ildən Mədəniyyət Fondunun "Solmayan ulduzlar" kollektivinə dəvət edilib.
Əməkdar artist (1960) Şəfiqə Qasımova 2008-ci ildə vəfat edib.