Şahmar Qəribli

Rejissor Ssenari müəllifi Aktyor Filmi səsləndirən

Doğum tarixi:

13 fevral 1952

Vəfat tarixi:

16 fevral 2018


Şahmar Qərib oğlu Qəribli (Şahmar Qəribov) Kürdəmirdə anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində (1971-1975), Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun Ali rejissorluq kursunda (1990-1991, Leonid Xeyfetsin emalatxanası) təhsil alıb.

İlk təyinatını Şəki Dövlət Dram Teatrına alıb (1975). Lakin orada cəmi üç ay qalıb, yenidən Bakıya qayıdıb. Sumqayıt Dövlət Musiqili Dram Teatrında çalışmağa başlayıb (1976). O vaxtdan müəyyən fasilələrlə bu teatrın əməkdaşı olub. Bəzi tamaşalara quruluş verib. Bir müddət Lider televiziyasında fəaliyyət göstərib (2001-2010).

Rusiya film istehsalçılarının çəkdikləri “Qraf Krestovski” (2004, rejissor Ramiz Fətəliyev) serialında Xristofor Peneotoviç, “Yasmin” (2013, rejissorlar Kseniya Zaruçkaya, Vyaçeslav Kaminski) serialında Kamal rolunda çəkilib.

Şahmar Qəribli 2018-ci ildə vəfat edib, Kürdəmirdə dəfn olunub.