Şəmistan Əlizamanlı
Doğum tarixi:
04 fevral 1959
Şəmistan Hüseyn oğlu Əlizamanlı Gürcüstanın Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1985).
İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib (1979-1981). Azərbaycan Dövlət Radiosunda diktor kimi çalışmağa başladığı dövrdə Moskvaya ixtisasartırma kursuna göndərilib, İlya Prudovskidən dərs alıb (1986). 1992-ci ildə Azərbaycan televiziyasında çalışmağa başlayıb, Müdafiə Nazirliyinin mətnlərini səsləndirib. Qarabağ müharibəsinin başlanması ilə hərbi-vətənpərvərlik mahnılarını ifa etməyə başlayıb. Növbəti 10 ildə Müdafiə Nazirliyində çalışıb, ehtiyatda olan zabitdir. Türkiyənin istehsalı olan “Diriliş Ertuğrul” serialında (2014-2019, rejissor Metin Günay) çəkilib.
Hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədridir.