Sofiya Hüseynova
Aktrisa
Doğum tarixi:
26 fevral 1926
Vəfat tarixi:
30 iyul 2015
Sofiya Həsən qızı Hüseynova (Sofa İsmayılova) Bakıda anadan olub.
Məktəb yaşlarından uşaq rollarında səhnəyə çıxıb. Aktirsa olan anasının tövsiyəsi ilə 1944-cü ildən teatrın truppasına daxil olub. Qısa müddət Zaqatala Dövlət Dram Teatrında işlədikdən sonra (1945) yenə Naxçıvana qayıdıb. Ömrünün sonuna qədər Naxçıvan Dövlət Musiqili Dram Teatrında çalışıb.
“Şöhrət” ordeni laureatı (1996), Əməkdar artist (1974), Xalq artisti (1982) Sofiya Hüseynova 2015-ci ildə Naxçıvanda vəfat edib.
Aktrisa Sofiya Hüseynova aktyor Məlik Dadaşovun həyat yoldaşı olub.
Aktrisa Sofiya Hüseynova aktyor Rafael Dadaşovun anasıdır.