Sonaxanım Mikayılova

Aktrisa Filmi səsləndirən

Doğum tarixi:

02 fevral 1947


Sonaxanım Məmmədağa qızı Mikayılova (Sona Mikayılova / Sonaxanım İbrahimova-Mikayılova / Sona İbrahimova) Bakıda anadan olub.

Kinostudiyada aktyor kurslarında, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb (1979, Yevgeni Matveyevin kursu).

1989-cu ildən “Yuğ” Teatrında çalışır.

Xarici film istehsalçılarının çəkdikləri “Dronqo” (2002, rejissor Zinoviy Royzman, Nərminə rolunda / Rusiya) və “Silah” (2008, rejissor Aleksandr Kasatkin / Rusiya) seriallarında çəkilib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir.

Əməkdar artist (2011), Əməkdar müəllimdir (2023).

Aktrisa Sonaxanım Mikayılova rejissor, aktyor Mikayıl Mikayılovun anasıdır.