Süleyman Ələsgərov
Aktyor
Filmi səsləndirən
Doğum tarixi:
20 iyun 1915
Vəfat tarixi:
10 dekabr 1998
Süleyman Ağababa oğlu Ələsgərov Bakıda anadan olub.
Maliyyə Texnikumunda, Azərbaycan Dövlət Tibb İnstitutunda təhsil alıb.
Səhnə sənətinə bağlandığına görə tibb təhsilini yarımçıq qoyub. Səhnəyə 1933-cü ildə Dənizçilər Mədəniyyət Evinin dram dərnəyində çıxıb. 1936-cı ildə Gənc Tamaşaçılar Teatrına müsabiqə yolu ilə aktyor götürülüb və fasiləsiz olaraq 63 il bu səhnədə fəaliyyət göstərib.
Əməkdar artist (1954), Xalq artisti (1982) Süleyman Ələsgərov 1998-ci ildə vəfat edib.