Süleyman Rüstəm

Ssenari müəllifi Mahnı mətni müəllifi Əsərindən istifadə olunub

Doğum tarixi:

12 mart 1906

Vəfat tarixi:

10 iyun 1989


Süleyman Rüstəm (Süleyman Rüstəmzadə Əliabbas oğlu) Bakının Novxanı kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin Ədəbiyyat və incəsənət fakültəsinə köçürülüb.

Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilib (1935). Azərbaycan SSR birinci çağırış Ali Sovetinə deputat seçilib (1938), ömrünün sonuna qədər bütün çağırışlarda deputat olub. Azərbaycan SSR Ali Sovetinin sədri olub (1971-1989). Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru (1937-1938), “Ədəbiyyat qəzeti”nin baş redaktoru olaraq çalışıb. Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlayıb. 1922-ci ildə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyasını yazıb. “Unudulmuş gənc” adlı ilk mətbu şeiri 1923-cü ildə “Maarif və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında dərc olunub. “Ələmdən nəşəyə” adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilib. Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazıb. Azərbaycan SSR dövlət himninin sözlərinin müəlliflərindən biridir.

Əməkdar incəsənət xadimi (1943), Xalq şairi (1960), Stalin mükafatı (1950), Azərbaycan Dövlət mükafatı laureatı (1970, 1986), Sosialist Əməyi Qəhrəmanı (1976) Süleyman Rüstəm 1989-cu ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.


Filmoqrafiya

Poster Filmin adı İstehsal ili Növü Filmdə statusu