Tahir Əkbər

Bəstəsindən istifadə olunub

Doğum tarixi:

20 yanvar 1946

Vəfat tarixi:

02 mart 2018


Tahir İsmayıl oğlu Əkbər Bakıda anadan olub.

Dzerjinski adına musiqi məktəbinin fortepiano şöbəsində (1960-1965), Həmzə Həkimzadə Niyazi adına Daşkənd musiqi nəzəriyyəsi şöbəsində (1965-1969), Muxtar Əşrəfi adına Daşkənd Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində (1970, Boris Zeydmanın kursu) təhsil alıb.

Xor musiqisi, simfonik və kamera əsərləri bəstələyib. “Simfonik rənglər“, ilahiyyat mövzusunda yazdığı “Amin“ əsəri Azərbaycan professional musiqisində yeni janrlar hesab olunur. Bəstəkarın bəstələdiyi onlarla mahnı məşhur müğənnilər tərəfindən ifa olunub.

Əməkdar incəsənət xadimi (2012) Tahir Əkbər 2018-ci ildə vəfat edib, “Qurd qapısı” məzarlığında dəfn olunub.