Tahirə Hüseynova

Rejissor Ssenari müəllifi

Doğum tarixi:

24 aprel 1953


Tahirə Bulud qızı Hüseynova Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino fakültəsində təhsil alıb (1971-1976).

1971-ci ildən Azərbaycan televiziyasında Kinoproqram redaksiyasına işə qəbul olunub. Ali dərəcəli rejissordur. Televiziyada çalışdığı illərdə bir çox silsilə verilişlərin və filmlərin müəllifi olub: “Retro” kinozalı, “Cırtdan” kinozalı, “Kinoalmanax”. Görkəmli mədəniyyət və incəsənət xadimləri haqqında filmlərə quruluş verib. “Böyük ekranda yazılan tarix” fimi ilə “Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş ən yaxşı audiovizual əsər” nominasiyasında “Qızıl Pəri” mükafatına layiq görülüb (2018).