Tahirə Tağıyeva

Aktrisa

Doğum tarixi:

17 mart 1985


Tahirə Teymur qızı Tağıyeva (Tahirə Çerpanova) Gürcüstanın Marneuli şəhərində anadan olub.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsində təhsil alıb (2002-2007).

2003-cü ildən İnternyusun xətti ilə Gəncə Müstəqil Jurnalistika Mərkəzində fəaliyyət göstərib. Alternativ TV-nin (Gəncə) “Xəbər+” informasiya proqramı üçün süjetlər hazırlayıb. 2004-cü ildən “Zerkalo” qəzetinin həftəlik buraxılışında region səhifəsində və “Gəncəbasar” qəzetində məqalələri yayımlanıb. 2007-ci ildən İctimai televiziyanın əməkdaşıdır. Hazırda Gəncə üzrə bölgə müxbiridir.