Təvəkkül Əliyev
Doğum tarixi:
21 avqust 1951
Vəfat tarixi:
23 yanvar 2017
Təvəkkül Əjdər oğlu Əliyev Neftçalada anadan olub.
Azərbaycan Dövlət İncəsənət İnstitutunun kino və dram aktyorluğu fakultəsində təhsil alıb (1973).
Təyinatla Lənkəran Dövlət Dram Teatrında iş fəaliyyətinə başlayıb. Teatrın səhnəsində oynadığı ilk rol "Yaxşı adam" (Mirzə İbrahimov) pyesindəki Azər obrazı olub. Ömrünün sonuna qədər kollektivə sadiq alıb. Bəzi tamaşalara və Lənkəran şəhərində keçirilən mədəni-kütləvi tədbirlərə rejissorluq edib.
Xarici kinematoqrafçıların istehsalı olan “Azadlıq şirin sözdür” filmində (1972, rejissor Vitautas Jalakyaviçyus / Rusiya, Litva) çəkilib.
Əməkdar artist (2002), “Tərəqqi” medallı (2013) Təvəkkül Əliyev 2017-ci ildə Lənkəranda vəfat edib, Bakıda Zabrat qəbiristanlığında dəfn olunub.
Aktyor Təvəkkül Əliyev aktrisa Böyükxanım Əliyevanın həyat yoldaşı olub.