Tofiq Bakıxanov
Doğum tarixi:
08 dekabr 1930
Vəfat tarixi:
23 avqust 2026
Tofiq Əhmədağa oğlu Bakıxanov Bakıda anadan olub.
Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka üzrə (M.Simberovun sinfi), Azərbaycan Dövlət Konservatoriyasında skripka (1953, Aleksandr Amitonun kursu) və bəstəkarlıq (1957, Qara Qarayevin kursu) üzrə təhsil alıb.
Tələbəlik illərində ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışıb. Yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. Balet, musiqili komediya, tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam, 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlər, 100-dən artıq mahnı və romans müəllifidir.
Uzun müddət Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.
"Şöhrət" (2000), "Şərəf" (2021), 1-ci dərəcəli "Əmək" (2025) ordenləri ilə təltif edilib.
Əməkdar incəsənət xadimi (1973), Xalq artisti (1991), professor (1983) Tofiq Bakıxanov 2026-cı ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.