Tofiq Tağızadə
Doğum tarixi:
07 fevral 1919
Vəfat tarixi:
27 avqust 1998
Tofiq Mehdiqulu oğlu Tağızadə Bakıda anadan olub.
1938-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakültəsinə daxil olub. Üçüncü kursda könüllü olaraq müharibəyə gedib. 1942-ci ilin sonlarında Rostov yaxınlarında yaralanaraq geri dönüb. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsində təhsil aldıqdan sonra (1946-1953, Sergey Yutkeviç və Lev Kuleşovun emalatxanası) “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. Bir müddət “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasının bədii rəhbəri olub. “TMT” adlı özəl studiyası fəaliyyət göstərib.
Çeçenistanın Əməkdar incəsənət xadimi (1964), Əməkdar incəsənət xadimi (1960), Xalq artisti (1976) Tofiq Tağızadə 1998-ci ildə vəfat edib.