Ülviyyə Heydərova

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

20 mart 1981


Ülviyyə Heydərova Əli Bayramlıda (indiki Şirvan) anadan olub.

Azərbaycan İctimai-Siyasi Universitetinin Jurnalistika fakültəsində (1999–2005), Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsində (2009), Gənc Ədiblər məktəbində (2010), Pol Freyzerin ssenari kursunda (2017), Teatr Xadimləri İttifaqı nəzdində Ramiz Fətəliyevin Dramaturgiya Laboratoriyasında (2018), Rüstəm İbrahimbəyovun Kino Məktəbində ssenari bölümündə (2019-2022) təhsil alıb.

“Az-Media” (2001-2002), “Vətəndaş həmrəyliyi” (2001-2002) qəzetlərində, “Pəncərə” (2007-2011), “Ölkəm” (2007-2015) jurnallarında müxbir, Space TV-də baş redaktor (2016), Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda mətbuat katibi (2017) olaraq çalışıb. 2018-ci ildən Azərbaycan Televiziyasının əməkdaşıdır.

Müəllifi olduğu pyeslər Azərbaycan, Rusiya, Gürcüstan və Türkiyədə səhnələşdirilib. Pyesləri müxtəlif beynəlxalq müsabiqə və festivalların mükafatlarını alıb. V “Baltiyski Qamayun” Beynəlxalq Ədəbiyyat Festivalının “Nəsr” üzrə qalibi olub (2021, Litva). “Noutbuk” povesti I Nəsimi Milli Ədəbiyyat Mükafatında Nəsr üzrə I yerə (2008), “İnanıram” monotamaşası “Qalib olan Azərbaycan” Tamaşalar Festivalında II yerə (Akademik Milli Dram Teatrı, 2021) və 4.4 Qısa Tamaşalar Festivalında II yerə (Azərbaycan Gənc Tamaşaçılar Teatrı, 2022) layiq görülüb.

“Tərəqqi” medalına layıq görülüb (2019).