Vəfa Ağabalayeva
Rejissor
Ssenari müəllifi
Doğum tarixi:
01 fevral 1992
Vəfa Müsəllim qızı Ağabalayeva (Vəfa Həmzəyeva) Göygöldə anadan olub.
Bakı Dövlət Universitetində Jurnalistika (2010-2014), Ankara Universitetində Radio, TV və Kino üzrə magistratura (2014-2016) təhsili alıb.
ATGTİ-da Jurnalistlər işci qrupunun rəhbəri (2011-2013), CBC televiziyasında aparıcı (2015-2018), Xəzər FM-də aparıcı (2018), Antenn FM-də aparıcı (2018), Azərbaycan televiziyasında aparıcı, xüsusi müxbir (2019-2022) kimi çalışıb. 2022-ci ildən Real televiziyasında aparıcı, xüsusi müxbir olaraq çalışır.
“Döngə” filminə görə “Müasir audiovizual baxış” (2019) mükafatı ilə təltif olunub.