Vəfa Fətullayeva

Aktrisa

Doğum tarixi:

25 avqust 1945

Vəfat tarixi:

21 may 1987


Vəfa Nüsrət qızı Fətullayeva Bakıda anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq ixtisasında təhsil alıb (1963-1968).

İlk dəfə 8 yaşı olarkən “Qış nağılı” (Uliyam Şekspir) tamaşasında Mamili obrazını canlandırıb. 1970-ci ildən Dram Teatrında çalışıb. Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olub.

Əməkdar artist (1982), Dövlət mükafatı laureatı (1984) Vəfa Fətullayeva 1987-ci ildə 42 yaşında vəfat edib, Yasamal qəbiristanlığında dəfn olunub.

Aktrisa Vəfa Fətullayeva rəssam Nüsrət Fətullayevin və aktrisa Hökumə Qurbanovanın qızıdır.