Vaqif Səmədoğlu

Ssenari müəllifi Redaktor Əsərindən istifadə olunub Mahnı mətni müəllifi Aktyor

Doğum tarixi:

05 iyun 1939

Vəfat tarixi:

28 yanvar 2015


Vaqif Səmədoğlu (Vaqif Vəkilov Səməd oğlu) Bakıda anadan olub.

Bülbül adına musiqi məktəbində (1956), Azərbaycan Dövlət Konservatoriyasının Fortepiano şöbəsində (1956-1961) təhsil alıb. Moskva Dövlət Konservatoriyasında ixtisas kursu keçib (1962-1963).

Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib (1963-1971).

Müəllimlik fəaliyyəti ilə yanaşı Azərbaycan Ensiklopediyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Yazıçı” nəşriyyatında redaktor (1978-1982), “Azərbaycanfilm” kinostudiyasında ssenarist, kino-aktyor teatrının ədəbi hissə müdiri (1982-1985), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) olub. İlk mətbu əsəri “Yeddi şeir” 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. İlk şeirlər kitabı “Yoldan teleqram” 1968-ci ildə işıq üzünə çıxıb. Azərbaycanda ən tanınmış caz mütəxəssislərindən biri sayılırdı. Televiziyada “Caz həvəskarları klubu”nu aparıb. Bir çox mahnı mətnlərinin müəllifidir. Qələmindən şeirlərlə yanaşı 20-dək pyes çıxıb. Bu pyeslərdən bəziləri müxtəlif teatrlarda tamaşaya qoyulub.

2000-ci ildə Milli Məclisə deputat seçilib.

Əməkdar incəsənət xadimi (1989), Xalq şairi (1999), “Humay” (1998) və “Nəsimi” mükafatları (2014), “Şərəf” və “İstiqlal” ordenləri laureatı Vaqif Səmədoğlu 2015-ci ildə vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.

Şair Vaqif Səmədoğlu yazıçı Səməd Vurğunun oğludur.
Şair Vaqif Səmədoğlu yazıçı Yusif Səmədoğlunun qardaşıdır.