Valeh Kərimov

Aktyor Filmi səsləndirən İkinci rejissor

Doğum tarixi:

20 mart 1944


Valeh Seyfulla oğlu Kərimov Cənubi Azərbaycanın Miyana şəhərində anadan olub.

Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsində təhsil alıb (1969).

1969-cu ildən Sumqayıt Musiqili Dram Teatrında işləyib (1969-2015). Gəncə Dövlət Dram Teatrının aktyoru və rejissoru olub (2015-2023). 2023-cü ildən Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu rejissor kimi fəaliyyət göstərir.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

Əməkdar artist (1990), Xalq artistidir (2000).

Aktyor Valeh Kərimov aktyor, teatr rejissoru Loğman Kərimovun qardaşıdır.