Vəliəhd Vəliyev
Aktyor
Doğum tarixi:
20 yanvar 1952
Vəfat tarixi:
10 sentyabr 2015
Vəliəhd Hidayət oğlu Vəliyev Daşkəsəndə anadan olub.
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb (1975-1979).
Uşaqlıq illərindən Gəncə Teatrında aktyor kimi çalışıb. 1979-cu ildən “Azərbaycanfilm” kinostudiyasında filmlərdə çəkilib.
Ömrünün son 15 ilini Nyu York şəhərində (ABŞ) yaşayıb.
Vəliəhd Vəliyev 2015-ci ildə ABŞ-da vəfat edib, orada dəfn olunub.