Varis Yolçuyev
Doğum tarixi:
07 iyun 1966
Varis Musa oğlu Yolçuyev Sumqayıtda anadan olub.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb (1990).
“168 saat” qəzetinin baş redaktoru (1991), “7 gün” qəzetinin redaktoru (1993), Azərbaycan televiziyasında “Gecə kanalı” proqramının yaradıcılarından biri (1995), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” nəşriyyatının baş redaktoru (2004-2007), Azərbaycan televiziyası Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru (2007), “TV plyus” milli teleradio jurnalının baş redaktoru olub. Mətbuatda yüzlərlə məqaləsi çıxıb, müxtəlif beynəlxalq qurumlar tərəfindən (“European Market Research Center”, “Editorial Ofice” və s.) media mükafatlarına, “Qızıl kəlmə” ədəbi mükafatına layiq görülüb. İlk hekayələri “Ulduz” jurnalında dərc edilib. İlk romanı “Sonuncu ölən ümidlərdir” 2008-ci ildə çap olunub. Daha sonra 10-dan çox romanı işıq üzü görüb. Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri(2018), Azərbaycan Ədəbiyyat Fondunun baş direktorudur. Əməkdar jurnalistdir.