Vera Şirye
Aktrisa
Filmi səsləndirən
Doğum tarixi:
31 yanvar 1915
Vəfat tarixi:
01 may 2003
Vera Karlovna Şirye Bakıda anadan olub.
Azərbaycan Dövlət Rus Dram Teatrının nəzdindəki studiyada təhsil alıb (1937).
Səhnə fəaliyyətinə 1933-cü ildə Bakı İşçi Teatrında başlayıb. 1938-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisası olub. Bədii qiraət ustası kimi də tanınıb.
Xalq artisti (1961), “İstiqlal” ordeni laureatı (2000) Vera Şirye 2003-cü ildə vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.