Vladimir Konyagin
Operator
Rejissor
İkinci operator
Ssenari müəllifi
Doğum tarixi:
07 yanvar 1919
Vəfat tarixi:
20 dekabr 2002
Vladimir Yevgenyeviç Konyagin Bakıda anadan olub.
1936-cı ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb, əvvəlcə kinooperator assistenti, daha sonra kinooperator (1955–1990) olub. İkinci Dünya Müharibəsi zamanı Cənubi Azərbaycan ərazisində hərbi xidmətdə olanda tankda qazdan boğulub. Onunla birlikdə olan bir neçə əsgər həlak olur. Əsgərləri dəfn edən zaman o, ayılıb və orduda xidmətini davam etdirib.
Əməkdar mədəniyyət işçisi (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1988) Vladimir Konyagin 2002-ci ildə vəfat edib.