Vüqar Həmidov

Rejissor Ssenari müəllifi Aktyor Bəstəkar Rejissor assistenti

Doğum tarixi:

29 yanvar 1979


Vüqar Kamran oğlu Həmidov (Vüqar Sultan Həmid / Vüqar Kamranoğlu) Bakıda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr və kino sənəti fakültəsinin Bədii kino və televiziya filmləri rejissoru ixtisasında təhsil alıb (1996-2000).

AzTV, İctimai TV və Lider TV-də çalışıb. Televiziyalarda yayımlanan müxtəlif etüdlərin, “Film Media”, “Kinematoqraf: klassiklər və müasirlər” silsilə, “Kinoproloq” və “Filmeskpozisiya” verilişlərinin, bir çox qrafik başlıqların rejissoru olub.