Yaqub Əlioğlu

Ssenari müəllifi Redaktor

Doğum tarixi:

26 avqust 1956

Vəfat tarixi:

13 oktyabr 2024


Yaqub Əlioğlu (Yaqub Məmmədov Əli oğlu) Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olub.

Mədəni-Maarif Texnikumunda (indiki ADMİU nəzdində Humanitar Kollec), Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq şöbəsində təhsil alıb (1986).

Teatr Xadimləri İttifaqında (1986-1997), Azərbaycan televiziyasının Ədəbi dram verilişləri redaksiyasında, Azərbaycantelefilm Yaradıcılıq Birliyində redaktor, baş redaktor (2006-2019) vəzifəsində çalışıb.

1974-cü ildən mətbuatda çap olunur. Müxtəlif forma və mövzulu 1000-dən çox məqalənin, 10-dan çox kitabın müəllifidir.

“Qızıl Qələm”, “Qızıl Dərviş” mükafatları laureatı Yaqub Əlioğlu 2024-cü ildə vəfat edib.