Yalçın Əfəndiyev
Doğum tarixi:
24 iyul 1937
Vəfat tarixi:
10 dekabr 2019
Yalçın Heydər oğlu Əfəndiyev Bakıda anadan olub.
Azərbaycan Dövlət Universitetinin Geoloji coğrafiya fakültəsində (1954-1960) və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində (1962-1967, Lev Kuleşov və Boris Belokurovun emalatxanası) təhsil alıb.
“Azərbaycanfilm” kinostudiyasında rejissor işləyib (1966–1991 / 1994-2002). Burada Xronikal sənədli filmlər birliyinin direktoru vəzifəsində çalışıb (1983–1986). Azərbaycan televiziyasında “Azərbaycantelefilm” kinostudiyasında bədii rəhbər və rejissor kimi fəaliyyətini davam etdirib (1991–1994).
1995-ci ildən etibarən uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Əməkdar incəsənət xadimi (1982), Xalq artisti (2007), Professor Yalçın Əfəndiyev 2019-cu ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.