Yuri Baliyev
Doğum tarixi:
22 iyul 1949
Vəfat tarixi:
27 mart 2018
Yuri Nikolayeviç Baliyev Dağıstanın İzberq kəndində anadan olub.
Yaroslav Teatr Məktəbinin aktyorluq şöbəsində təhsil alıb.
1975-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrda çalışıb. “İbrus” Teatrında bir neçə tamaşada oynayıb.
Xarici film istehsalçılarının “Tehran-43” (1980, rejissorlar Aleksandr Alov, Vladimir Naumov / Rusiya, Fransa, İsveçrə) filmində İran terrosisti rolunda, “İgid Xoçbar haqqında rəvayət” (1986, rejissorlar Ashab Abakarov, Mixail Ordovski / Rusiya) filmində səfir rolunda, “Salandar” (1994, rejissor Rafi Pitts / Fransa, Rusiya) qısametrajlı filmində zabit rolunda, “Dronqo” (2002, rejissor Zinoviy Royzman / Rusiya) serialında müəllim rolunda çəkilib.
Xalq artisti Yuri Baliyev 2018-ci ildə vəfat edib, II Fəxri Xiyabanda dəfn olunub.
Aktyor Yuri Baliyev aktrisa Nataliya Baliyevanın həyat yoldaşı olub.